AZTV-nin sabiq sədri Məmməd Murad vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
“Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, ittifaqın çətin günlərində daim yanında olmuş, AZTV-nin keçmiş sədri Məmməd Murad dünyasını dəyişib.
Məmməd Murad televiziyaya sədrlik etdiyi dövrdə (1991-1992) neçə-neçə uğurlu layihələr həyata keçirməklə yanaşı, bir sıra reformalara da imza atıb.
AKİ adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin”, - məlumatda qeyd edilib.
Bizim.Media