Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər TƏYİN OLUNDU

Hazırda oxunan: Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər TƏYİN OLUNDU

267348

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü belədir:

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.
 

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur.


Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş “İncəsənət Məktəblərinin Elektron Sistemi” (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin