"Mən heç elə söz deyərəm?!" - Sərxan Sərxan “rayonlu” söhbətinə AYDINLIQ GƏTİRDİ 

Hazırda oxunan: "Mən heç elə söz deyərəm?!" - Sərxan Sərxan “rayonlu” söhbətinə AYDINLIQ GƏTİRDİ 

26568

Xəbər verdiyimiz kimi, Xalq artisti Sərxan Sərxan ölkə mediasına açıqlamasında Bakı sakinləri ilə rayon sakinlərinin fərqindən danışıb. 

Müsahibədən çıxarılan "O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi var idi. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi.

Onların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir, bunu indi-indi öyrənirlər" fikirlər geniş müzakirələrə səbəb olub. 

Bizim.Media xəbər verir ki, big.az mövzu ilə əlaqədar olaraq Xalq artistinin fikirlərini öyrənib. Sənətçi açıqlamasında bildirib ki, yazılanlar tamamilə yanlışdır: 

"Bu nə qeyri-peşəkarlıqdır. Mən heç elə söz deyərəm? Bu sözlər mənə yaraşmaz axı. Hamımız azərbaycanlıyıq, hamımız ölkəmiz üçün yaşayırıq. Müharibədən sonra bizim millət daha da bir-birinə bağlanıb. Hamının kökü rayona, kəndə gedib çıxır. Axı necə mən ayrı seçkilik edərəm. Mən orda incəsənətdən danışmışam. O yazılanlara tamamən zidd şeylər danışmışam. Fikirlərimi kontekstdən çıxarıb belə veriblər. Bu hərəkət peşəkarlığa sığmır. Mən onların atası, babası yerindəyəm, sensasiya axtarırlar. Vaksin olunub Bakıya gələcəm inşallah". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin