"Nazilə Şəbnəmi görəndə "siçan deşiyi" axtarır"

Hazırda oxunan: "Nazilə Şəbnəmi görəndə "siçan deşiyi" axtarır"

263772

Şair və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, dediyi "Toyda əlinizə verilən pulları xalqın gözünə soxmağınız sizin daxili kasıblığınızdan irəli gəlir" sözlərinin Şəbnəm Tovuzlunun ünvanına olduğunun yazan bəzi xəbər səhifələrini hədəf alıb.
 

"Arzuxanım, Zaur Kamalın komandası ilə Gürcüstana çəkilişə gəlmişdilər.
 

Mən də ev yiyəsi, gürcüstanlı kimi qarşıladım. Maşında səmimi söhbətimiz oldu. Bu barədə jurnalistlər, yaxud instaqram səhifəsi işlədənlər özlərindən xəbər çıxarıblar.



"Nazilə Şəbnəmə söz atdı!", Nazilə o qədər qorxaqdır ki, Şəbnəmi görəndə 3 gün yeməkdən kəsilir, "siçan deşiyi" axtarır. Üzünə heç nə deyə bilmir, söz atır.

Siz, Şəbnəmə o sözü yaraşdırmısınız. Belə də ümumi hamıya aiddir.

Toyda verilən pulları xalqın gözünə soxmağınız sizin daxili kasıblığınızdan irəli gəlir", deyə Nazilə Səfərli qeyd edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin