Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, nazirliklə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən bu gün şirkətin işçi qrupu Naxçıvana gəlib.
Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev cari il mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
18:03 / 05.08.2025
Möminə xatun türbəsi bərpa edilir - FOTO
Hazırda oxunan: Möminə xatun türbəsi bərpa edilir - FOTO
Hazırda oxunan: Möminə xatun türbəsi bərpa edilir - FOTO
263538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.