“Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Orxan Fikrətoğlu Xalq yazıçısı Elçin Əfəndiyevin dəfni zamanı onun haqqında xatirələrini jurnalistlərlə bölüşərkən deyib.
O, Elçin Əfəndiyevin Azərbaycan nəsri, kinematoqrafiyası sahəsində misilsiz xidmətlərinin olduğunu bildirib:
"Elçin Əfəndiyevin hələ sovet dönəmində, 60-cılar nəsli adlandırılan nəslin Azərbaycan mentallığının, milli yaddaşın bərpa olunmasında, Azərbaycan nəsrində Azərbaycan obrazlarının yaranmasında, hissiyatı yaşayan, duyan, düşünən, Azərbaycan hekayələrini yaşayan insanların ədəbiyyata gətirilməsi zəminində xüsusi rolu və yeri var. O, Abşeron mənzərəsinin, eyni zamanda, böyük Qarabağla bağlı əsərlərinin gündəmə gətirməsi yazıçı olaraq Elçinin uğurudur".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
14:53 / 04.08.2025
“Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır” – Orxan Fikrətoğlu
Hazırda oxunan: “Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır” – Orxan Fikrətoğlu
Hazırda oxunan: “Elçin Əfəndiyevin ədəbi mirası akademik səviyyədə araşdırılmalıdır” – Orxan Fikrətoğlu
263305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.