Mənsum İbrahimov: " Bu sahəyə Arif Babayevin sənətini sevərək gəldim”

Hazırda oxunan: Mənsum İbrahimov: " Bu sahəyə Arif Babayevin sənətini sevərək gəldim”

262852

Xalq artisti Mənsum İbrahimov mərhum sənətkar Arif Babayevin vida mərasimində çıxış edərək onun sənət və pedaqoji fəaliyyətinə böyük dəyər verib:

"Mən bu sahəyə onun sənətini sevərək gəlmişəm. Milli Konservatoriyada Muğam Mərkəzi yaradılan vaxtlarda Arif müəllim bizim ustadımız olub.

Çox sayda səfərlərdə bir yerdə olmuşuq, onun sənətinə və şəxsiyyətinə xalqın sevgisi hər zaman böyük olub. Biz sənətini daim alqışlamışıq və çox ümid edirdik ki, sağalıb aramıza qayıdacaq. Bu gün Milli Konservatoriyanın 90 faizi onun tələbələridir. Bu, onun qoyub getdiyi böyük irsin və əvəzsiz müəllimliyinin göstəricisidir."

Aygün Hüseyn, Elcan Bəşirli, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin