“Fulya” filminin çəkilişlərinə başlandı - VİDEO 

Hazırda oxunan: “Fulya” filminin çəkilişlərinə başlandı - VİDEO 

25612

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək. 

Bizim.Media xəbər verir ki, “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk çəkilişlərlə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. 

Bildirib ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində özünün və operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadlarından da istifadə ediləcək. 

Fulya Öztürk deyib ki, ilk dəfə kinorejissor Tahir Tahiroviçdən onun haqqında film ideyasını eşidəndə bu təkliflə razılaşmayıb:

“Tahir Tahiroviçin israr və təkidlərindən sonra fikrimi dəyişib ssenarini oxudum. Filmin baş rolda mən olsam da, burada Azərbaycanın 44 günlük Vətən müharibəsində üzləşdiyi acı həqiqətlər yer alacaqdır”. 

Fulya Öztürk söyləyib ki, ermənilərin cəbhədən kənarda – Bərdə və Gəncədə törətdikləri terror aktları zamanı emosiya hisslərini saxlaya bilməyib:

“Gəncəni də unutmadım, Bərdəni də... Bərdədə ətrafa yayılan qan qoxusu hələ də burnumdan getmir. Bu sözlə ifadə edilməyəcək dərəcədə ağır bir acı həqiqətdir”. 

Fulya Öztürkün sadəcə bir arzusu olduğunu söyləyib:

“Şahidi olduğum həqiqətləri izləyicilər dəqiqliklə görsün və bu tarixi heç vaxt unutmasınlar”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin