Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradına MÜNASİBƏT

Hazırda oxunan: Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradına MÜNASİBƏT

24470

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət Nazirliyindən Samir Şərifovun iradına CAVAB


"Bizə elə gəlir ki, bu, köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir, çünki uzunmüddətli prosesdir.

Hazırda "Azərbaycanfilm" kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiyası yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”, - o qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin