Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin əməkdaşları Milli Teatr günündə Qubadan olan tanınmış teatr nümayəndələrinin məzarlarını ziyarət ediblər.
Bununla bağlı məlumatı Bizim.Media-nın yerli bürosuna B.Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov verib.
Qeyd edilib ki, əvvəlcə Quba şəhər qəbiristanlığında xalq artisti Zərnigar Ağakişiyevanın məzarı önünə gələn mədəniyyət işçiləri onun xatirəsini ehtiramla anıb,məzarı önünə gül çələngi düzüblər. Sonra əməkdar artist Məcnun Hacıbəyovun rayonun İkinci Nügədi kənd məzarlığındakı qəbri ziyarət olunub.
Hər iki sənətkarla bağlı xatirələr dilə gəlib, onların Azərbaycanın teatr tarixinə verdiyi töhfələrdən danışılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Mədəniyyət
20:34 / 10.03.2025
Milli Teatr günündə mərhum sənət adamlarının xatirələri anıldı - FOTO
Hazırda oxunan: Milli Teatr günündə mərhum sənət adamlarının xatirələri anıldı - FOTO
Hazırda oxunan: Milli Teatr günündə mərhum sənət adamlarının xatirələri anıldı - FOTO
238650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.