Ötən il Azərbaycanda 3 xarici film çəkilib

Hazırda oxunan: Ötən il Azərbaycanda 3 xarici film çəkilib

238542

“2024-cü ildə Azərbaycanda 3 xarici film çəkilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Cinema Talks” (ÜKino müzakirələri”) adlı paneldə Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Sabina Bağırova məlumat verib. 

Onun sözlərinə görə, filmlərdən 2-si “Netflix”, biri isə “Amazon Prime” şirkətinə məxsus olub:
 

“Həmçinin ötən il ərzində Azərbaycanda xarici film şirkətləri tərəfindən 8 reklam/musiqi çarxı, 2 televiziya verilişi çəkilib”. 


Sabina Bağırova qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycana xarici film şirkətləri tərəfindən 10 milyon dollar investisiya yatırılıb. (APA) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin