Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
Bizim.Media xəbər verir ki, "44" bədii filminin baş qəhrəmanı türkiyəli aktrisa Özgə Gürəl sosial şəbəkə hesabından ekran əsərinin Gəncə şəhərində baş tutan kadrarxası çəkilişindən video paylaşıb.
Qeyd edək ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özgə Gürəl canlandırırlar.
Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
12:48 / 03.03.2025
Türkiyəli aktrisa “44” filminin kadrarxası görüntülərini paylaşdı – VİDEO
Hazırda oxunan: Türkiyəli aktrisa “44” filminin kadrarxası görüntülərini paylaşdı – VİDEO
Hazırda oxunan: Türkiyəli aktrisa “44” filminin kadrarxası görüntülərini paylaşdı – VİDEO
237428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.