Əkbər Kərimovun müəllifi olduğu ilk fitnes kitabı təqdim edildi – FOTO

Hazırda oxunan: Əkbər Kərimovun müəllifi olduğu ilk fitnes kitabı təqdim edildi – FOTO

237424

Bakıda, LIBRAFF kitab mərkəzində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, fitnesoloq Əkbər Kərimovun müəllifi olduğu Azərbaycanda ilk fitnes haqqında kitabın təqdimat mərasimi keçirilib. "Fitness nədir?" kitabı 100 mövzudan, 428 səhifədən ibarətdir və Türkiyədə TEAS Press nəşriyyat şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində nəşr olunub.

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, tədbirin açılışında Əkbər Kərimov kitabın nəşrində göstərdiyi xüsusi dəstəyə və təşəbbüsə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

""Fitnes nədir?" kitabı cəmiyyətimiz üçün idman və sağlamlıq istiqamətində maarifləndirici missiya daşımaqla yanaşı, həm də dövlətin uğurlu idman siyasətinə elmi dəstək və töhfədir”, - deyə müəllif qeyd edib.
 

Tədbirdə iştirak edən ziyalılar, rəsmilər dəyərli fikirlərini bölüşüb, Əkbər Kərimovun elmi işinə uğurlar arzulayıblar. Qeyd olunub ki, kitab faktiki olaraq tədris vəsaiti hesab olunur, maraqlı məlumatlarla zəngindir və maarifləndirici xarakter daşıyır.


Tədbirin təşkilatçısı, "Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyinin sədri Nurlana Hacıyeva, "Fitnes hərəkatına başlayırıq" şüarı altında təqdim olunan kitabın əhəmiyyətini və dəyərini yüksək qiymətləndirdi.

"Fitnes nədir?" kitabına müəllifin iyirmi illik təcrübəsi və bilikləri, sağlamlıq metodikası, məşqlər və qidalanma, sağlam həyat tərzi və motivasiya dəstəyi, psixologiya və etika, zədələrin qarşısının alınması və s. mövzularda tövsiyələr daxil edilib. Bu məlumatlar həm böyüklər, həm də uşaqlar üçün faydalıdır. Uğurlu fitnes mütəxəssisi olmaq üçün anatomiya, fiziologiya, psixologiya, idman və idman qidalanması sahələrində dərin biliklərə sahib olmaq vacibdir. Belə bir mütəxəssis yalnız düzgün qidalanma və idman vasitəsilə optimal fiziki vəziyyətə çatmağa kömək etmir, eyni zamanda onu ömür boyu qoruyub saxlamağa da dəstək verir.

"To fit" felinin birbaşa tərcüməsi "yaxşı formada olmaq" kimi səslənir. Məhz bu felin əsasında "fitnes" adlı idman istiqaməti yaranıb. Fitnes məşqlərinin əsas məqsədləri əzələ relyefini formalaşdırmaq, bədən çəkisini azaltmaq və sağlamlığı gücləndirməkdir. Lakin unutmaq olmaz ki, fitnes sadəcə idman zalına getməkdən ibarət deyil. Bu, bir həyat fəlsəfəsidir və ümumilikdə sağlamlığı yaxşılaşdırmağa, bədəni və ruhu möhkəmləndirməyə və əhval-ruhiyyəni yüksəltməyə imkan verir. Xüsusi bir mədəniyyət, rejim, qidalanma, həyata və sağlamlığa baxış – bu, imtina edilməsi mümkün olmayan həqiqi bir fəlsəfədir.

Tədbir çərçivəsində Ramazan ayında fitnes mövzusunda və qəhvə içkiləri barədə iki mini-seminar keçirilib.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin