Qulu Məhərrəmlidən "Sədərəkdən Şuşaya" filmi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qulu Məhərrəmlidən "Sədərəkdən Şuşaya" filmi ilə bağlı AÇIQLAMA

230722

"Tamaşaçılar göz yaşlarını saxlaya bilmədi".

Bizim.Media xəbər verir ki, bunu Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli "Sədərəkdən Şuşaya" filmi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sədərəkdən Şuşaya” təqdim olundu - VİDEO


“Film mənim çox xoşuma gəldi, çünki mövzu çox aktualdır. İndi bu gün biz vətənpərvərlikdən, qəhrəmanlıqdan çox danışırıq, amma bunu necə təbliğ edirik? Bu film ona çox yaxşı cavabdır. Filmin atmosferi mənə çox xoş gəldi”, deyə o, qeyd edib.

Professorun sözlərinə görə, hər peşə adamı filmdə özünün ən yüksək dərəcəsini göstərib:

“Rejissor işi, dizayn, səs rejissoru, operator işi, xüsusən işıq, rəssam işi mənə çox xoş təsir bağışladı.

Filmin iki cəhətini xüsusi vurğulamalıyam. Birincisi, filmdə mövcud olan səmimiyyət, ikincisi isə təsir. Sənət əsəri, ekran əsəri onun imkanı var ki, emosional təsir edə bilsin. Bu mənada, "Sədərəkdən Şuşaya" filmi mənim üçün çox təsirli film oldu. Qəhrəmanlar çox yaxşı seçilmişdir. Filmin əsas qəhrəmanı Nəzifə xanım daxilən nə qədər dolğun, nə qədər zəngin, emosional, nə qədər ruh etibarı ilə diri insandır”.

Qulu Məhərrəmli vurğulayıb ki, bu cür qəhrəmanlar haqqında filmin çəkilməsi və təbliğ olunması çox önəmlidir:

“Filmi izləyərkən tamaşaçıların bir çoxunun göz yaşlarını saxlaya bilməməsi filmin nə qədər təsir gücünə malik olduğunu bir daha göstərirdi.

Mən bütün yaradıcı kollektivi təbrik edirəm, hesab edirəm ki, onlar əsas məqsədlərinə nail olaraq çox gözəl ekran əsəri yaradıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin