Qəbələdə bu sərgi yanvar ayı boyunca davam edəcək - FOTO

Hazırda oxunan: Qəbələdə bu sərgi yanvar ayı boyunca davam edəcək - FOTO

230552

Qəbələdə 20 Yanvar hüzn günü ilə bağlı rəsm sərgisinin açılışı olub.
Sərgini yerli və xarici qonaqların da izləməsi, xalqımızın başına gətirilən faciələrdən daha ətraflı xəbər alması üçün lazımı şərait yaradılacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "20 Yanvar Ümumxalq Hüzn Günü"nün 35-ci ildönümü ilə əlaqədar rəsm sərgisi fəaliyyətə başlayıb.
 

Qəbələ rayon Mədəniyyət Mərkəzində "20 Yanvar Ümumxalq Hüzn Günü"nün 35-ci ildönümü ilə əlaqədar "20 Yanvar- hüzn və şərəf günümüz" adlı rəsm sərgisinin açılışı olub.


Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrinin səbəbləri və tarixi barədə geniş məlumat verilib.

Daha sonra rəsm sərgisinə baxış keçirilib. Qeyd olunub ki, sərgi Yanvar ayı boyunca davam edəcək. Qəbələyə gələn yerli və xarici turistlərin də sərgiyə baxması üçün imkan yaradılacaq.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin