Qusar Dövlət Ləzgi Dram testrı yanvarın 9-da Bakıda "Bölgə teatrlarının Bakı premyeraları" festivalında iştirak edəcək. Mədəniyyət Nazirliyinin və Dövlət Dram Teatrının birgə layihəsi olan festivalda Qusar Dövlət Ləzgi Dram Teatrı Asəf Mehmanın "Sədəf" tamaşası ilə çıxış edəcək.
Bu barədə teatrın baş direktoru Faiq Qardaşov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, tamaşaya quruluşu və musiqini özü verib. Tamaşanın rəssamı isə Marina Mahmudovadır.
Tamaşada hadisələr Qusarın ucqar dağ kəndlərinin birində cərəyan edir. Texnikumu bitirib öz doğma kəndinə qayıdan gənc Həmzəbəyin uşaqlıqdan sevdiyi Sədəf adlı qonşu qızına olan saf məhəbbəti uğrunda apardığı mübarizəsindən bəhs edən tamaşa Azərbaycan, musiqisi isə ləzgi dillərində Bakı tamaşaçılarına təqdim olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
11:21 / 03.01.2025
"Sədəf" Bakı səhnəsinə çıxacaq – FOTO
Hazırda oxunan: "Sədəf" Bakı səhnəsinə çıxacaq – FOTO
Hazırda oxunan: "Sədəf" Bakı səhnəsinə çıxacaq – FOTO
228293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.