AMEA Mərkəzi Elmi Kitabxanasında iki cildlik “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə baş tutub.
Təqdimatda Azərbaycanın elm, eləcə də ictimai sektor nümayəndələri, AMEA prezidenti akademik İsa Həbibbəyli, ABİA idarə heyətinin sədri Elçin Əsgərov, AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən ABİA idarə heyətinin sədri Elçin Əsgərov 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada Qızılbaş şahları və şeyxləri, Səfəvi xanədanlığı, qızılbaşlığı təşkil edən türkman tayfaları, Səfəvi dövrünün daxili və xarici siyasəti, Qızılbaş inanc və Səfəvi hərbi-siyasi sistemi, qızılbaşlığın təsiri altında Səfəvi dövrü formalaşmış mədəniyyət, incəsənət və din, Qızılbaşlıq haqda tarixi mənbələrlə bağlı məlumatların bu kitabda öz əksini tapdığını bildirib, ensiklopediyanın hazırlanması haqda qısa məlumat verib.
E.Əsgərov Qızılbaşlığın sırf azərbaycanlıların yaratdığı tarixi miras olduğunu xüsusi vurğulayıb.
AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixinin iftixar ediləsi səhifələrinin, o cümlədən Qızılbaşlıq tarixinin araşdırılaraq geniş oxucu kütləsinə və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu sahədə AMEA əməkdaşlarının iştirakından məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qızılbaşlığın sırf azərbaycanlıların yaratdığı tarixi miras olduğunu, mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin bu dövrdə öz inkişafının pik nöqtəsinə çatmasını və müasir Azərbaycan xalqının formalaşmasında aparıcı rola sahib olduğunu nəzərə çatdırıb.
AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov qızılbaşlığın Azərbaycan tarixində və tarixşünaslığında xüsusi əhəmiyyət kəsb etdyini bildirərək, bu fenomenin Azərbaycan identikliyini geniş şəkildə işıqlandırmaq baxımından daha çox elmi tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.
Digər çıxışçılar öz növbəsində gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər.
Təqdimatda qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında qısa sənədli film və Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.
Qeyd edək ki, “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi adlar” ensiklopediyası ABİA-nın təşkilatçılığı, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dəstəyi ilə bir il ərzində ərsəyə gəlib və Şah İsmayıl Səfəvinin xatirəsinin 500 illiyinə həsr
olunub.
Surxay Atakişiyev, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:06 / 24.12.2024
Şah İsmayıl Xətainin 500 illiyinə həsr olunan kitabın təqdimat mərasimindən FOTOREPORTAJ
Hazırda oxunan: Şah İsmayıl Xətainin 500 illiyinə həsr olunan kitabın təqdimat mərasimindən FOTOREPORTAJ
Hazırda oxunan: Şah İsmayıl Xətainin 500 illiyinə həsr olunan kitabın təqdimat mərasimindən FOTOREPORTAJ
226791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.