AMEA Tarix İnstitutu: “Atabəylər filmi tariximizə yeni faktlar gətirdi” - VİDEO

Hazırda oxunan: AMEA Tarix İnstitutu: “Atabəylər filmi tariximizə yeni faktlar gətirdi” - VİDEO

224220

“Atabəylər filmi tariximizə yeni faktlar gətirdi. Bu, Şəmsəddin Eldənizlə Gəncə hakimi arasında əlaqədir. Süjet ayrı-ayrılıqda inkişaf elətdirilsə də, filmdə vahid kontektə gətirilib”.

Bizim.Media xəbər verir ki, bunu tarix elmləri doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov Aztv-də yayımlanan “Hədəf” verilişinin efirində bildirib.

Qeyd edək ki, "Atabəylər" filmində Dəbil döyüşü, 1139-cu il böyük Gəncə zəlzələsi və dövrün saray çevrilişləri kimi hadisələr də əks etdirilib.

Ekran əsərinin ssenari müəllifləri, eyni zamanda prodüserləri Sərvər Bayramov və İlqar Mehti, quruluşçu rejissoru isə Məcit Güvəndir.

Filmin çəkilişləri Azərbaycan və Türkiyədən olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. “Şahdağfilm” ilə Türkiyədə tarixi filmlərin istehsalçısı kimi tanınan “İkinciYeniFilm” bu böyük layihədə imkanlarını birləşdirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir.

Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib. 500-ə yaxın xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə, rekvizit və aksesuar istehsal edilib və ya satın alınıb.

Bədii-sənədli filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.

Qeyd edək ki, film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə ərsəyə gətirilib.


Ssenarisi Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun əməkdaşları, müstəqil tarixçilər və hərbi ekspertlərin bilik və təcrübələri əsasında yazılan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin dekabrın 3-də qala-premyerası olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin