Türkiyəli aktrisa Serenay Sarıkayanın yeni evinin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, sənətçi dəbli villasının qapılarını məşhur dərgilərdən birinə açıb.
Onun İstanbuldakı Boğaz mənzərəli evinin dizaynı sosial şəbəkələrdə gündəm olub.
O, jurnala müsahibəsində evindən bəhs edib: “Ev haqqında düşünməyə başlayanda ağlıma ilk gələn nəhəng bəbir dizaynlı divan oldu. Səbəbini bilmirəm, amma bu fikrə aludə idim. Demək olar ki, evin ortasında bir sənət əsəri kimidir”.
Qeyd edək ki, Serenayın evini 40 milyon lirəyə aldığı deyilirdi.
Aktrisanın evindən fotoları təqdim edirik:
Bizim.Media