“Rafiq Əliyev sevdiyi və hörmət etdiyi insanları heç zaman unutmur”- Cavanşir Quliyev

Hazırda oxunan: “Rafiq Əliyev sevdiyi və hörmət etdiyi insanları heç zaman unutmur”- Cavanşir Quliyev

212324

Bu gün dünya çapında tanınan alim, dahi Lütfi Zadənin elmi varisi olan professor Rafiq Əliyevin 76 yaşı tamam olur. Alimin dostlarından biri, çağdaş musiqimizin ən sayılıb-semilən dəyərlərindən biri, Şimali Kiprin Yaxın Doğru Universitetinin professor və dekanı, bəstəkar Cavanşir Quliyev Moderator.az saytına açıqlamasında Rafiq müəllimə özünün orijinal təbrik və ürək sözlərini bildirib:xa0


“Rafiq Əliyev mənim üçün ilk növbədə böyük alimdir. Hər yerdə ölkəsini şərəflə təmsil edən alim, xalqın fəxr etdiyi bilim adamıdır. İkincisi, R.Əliyev bu gün çırağla axtarılan az sayda qalan əsl ziyalılardandır, xalqın problemlərinə acıyan, dərdinə şərik olmağı bacaran insandır. Nəhayət, Rafiq müəllim çox vəfalı dostdur, sevdiyi və hörmət etdiyi insanları heç vaxt unutmaz. Rafiq Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm, ona möhkəm can sağlığı, elmi fəaliyyətində də yeni uğurlar, yeni zirvələr arzulayıram!

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin