Xarıbülbül festivalında tolerantlıq GÖSTƏRİCİSİ - “Burada ermənilərə göndəriş var” - VİDEO

Hazırda oxunan: Xarıbülbül festivalında tolerantlıq GÖSTƏRİCİSİ - “Burada ermənilərə göndəriş var” - VİDEO

21012

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Xarıbülbül” musiqi festivalı davam edir. Qeyd edək ki, festival Ermənistanın işğalından azad olunan Şuşada ilk dəfədir ki, baş tutur. 

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı xüsusi diqqət çəkib.

Xalq və klassik musiqidən ibarət proqramda talış, avar və yəhudilərin də ifalarında çıxışlar dinlənilib Hansı ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələrinin zaman keçdikcə yeni xüsusiyyətlər qazanması, bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilməsi bir daha əyani nümayiş olunub. Nənələr folklor xalq kollektivinin təqdim etdiyi “Qarabağ bizim ürəyimizdir” adlı talış xalq motivləri əsasında kompozisiya isə xüsusi əhəmiyyəti və siyasi mesajı ilə seçilib. Kompozisiyada “Arazı ayırdılar” bayatısının səsləndirilməsi tarixi gerçəkliyin dəyişmədiyinin göstəricisi kimi dəyərləndirilib. 

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında Cıdır düzündə “Xarıbülbül” Festifalının yüksək səviyyədə təşkil olunduğunu və kompozisiyanı çox bəyəndiyini dilə gətirib.

O, deyib ki, əsl mədəniyyət nümayişi hesab olunan festivalda həm də ermənilərə göndəriş var:

“Möhtəşəm bir tablodur. "Bayatı Şiraz" canımızı yaxdı. Ən çox bəyəndiyim də Azərbaycanda yaşayan bir çox xalqların dilində mahnı və rəqslərin ifası idi. Bu, Azərbaycanın zəngin multikultiral dəyərlərini və ölkəmizin tolerantlıq nümunəsi olmasını bir daha dünyaya nümayiş etdirir. Axmaq-axmaq fikirləri, ideyaları başınızdan çıxarıb qarışın insan cəmiyyətinə, silahınızı yerə qoyub hamı ilə bir yerdə insan kimi sevinməyi öyrənin. Önümüzdəki ildə Azərbaycan vətəndaşı olan ermənilərdən ibarət ansamblın bu festifalda "Nune"dən- zaddan bir şey oxuyacağını ümid edirəm. Keçmişin acılarını unudub onları da alqışlayarıq. Təki bu dövlətin bayrağı altından keçib, ona bir daha xəyanət etməsinlər”.

Alçina Amilqızı, Bizim.Media

 

 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin