Çəkiliş prosesində kamazlar kütləvi qəzaya uğradığı Azərbaycan filmi- MARAQLI

Hazırda oxunan: Çəkiliş prosesində kamazlar kütləvi qəzaya uğradığı Azərbaycan filmi- MARAQLI

208441

“Bircəciciyim”x9d yerli filmi 1986-cı ildə ərsəyə gəlib. Film İlyas Əfəndiyevin məşhur “Sarıköynəklə Valehin nağılı”x9d pyesinin motivləri əsasında ekranlaşdırılıb. Lakin müəyyən səbəblərdən həm pyesin, həm də uzun illər Akademik Milli Dram Teatrının səhnəsində oynanılan eyniadlı tamaşanın kölgəsində qaldı. Ekranlarda da demək olar ki, filmə rast gəlinmir. Onun varlığından nadir sayda insanlar- onlar da kino mütəxəssisləri və vurğunları- xəbərdardılar. Ənvər Əblucun böyük zəhmət hesabına çəkdiyi filmdəxa0 baş rolları Mehriban Xanlarova və Kamil Zöhrabov oynayıb. Həsən Məmmədov, Ramiz Məlikov, Hamlet Xanızadə, Rafiq Əzimov, Fərhad İsrafilov kimi aktyorların çəkildiyi film təəssüf ki, özünüxa0 kino bazarında təsdiqlədə bilmədi. Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkildiyi üçün ssenarisini rus müəllif Yusi Çulyukin yazmışdı. Deyilənərə görə, tamaşaçıların qəbul etdiyi “Sarıköynəklə Valehin nağılı”x9dnın ruhu həmin ssenaridə tamamilə dəyişmişdi. Bəlkə də, filmin qəbul olunmamağının əsas səbəbi elə bu olub.

Moderator.az xəbər verir ki,xa0 filmin çəkiliş prosesində çox çətin anlar yaşanıb. Bildiyimiz ki, iki gəncin sevgisindən bəhs edən əsərdə sürücü obrazları çoxluq təşkil edir. Özü də yük maşını idarə etməli olan aktyorlar böyük çətinliklə üzləşirlər. Avtokaskadyorlardan hər kadrda istifadənin mümkün olmadığını nəzərə alan çəkiliş qrupu sükan arxasında olan aktyorların yanına peşəkar sürücü əyləşdirir. Lakin bu da qəzanın qarşısını ala bilmir. Belə ki, aktyorlardan birinin idarə etdiyi qabaqdakı “Kamaz”x9d aşdıqdan sonra onun ardınca gələnlər də qəza vəziyyətindən çıxa bilməyərək, bir-birilərilə toqquşurlar. Filmin uğursuzluğunda, bəxtsizliyində əsas səbəblərdən biri də bu olub. Təsəvvür edin, çəkilişlər qalıb bir kənara, polislər baş verən qəza ilə bağlı aktyor, rejissor və çəkiliş qrupunun bəzi üzvlərini sorğuya alırdı.
Bəxtsiz filmin istehsalat taleyi də çox uğursuz oldu

Elmin Nuri


xa0Картинки


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin