Qədir Rüstəmovun çəkildiyi yeganə film- FOTO

Hazırda oxunan: Qədir Rüstəmovun çəkildiyi yeganə film- FOTO

199003


Mərhum xalq artisti, ecazkar səsi ilə hamını ovsunayan, məşhur “Sona bülbüllər”x9d ifasının müəllifi olan Qədir Rüstəmov ömrü boyu yalnız bir filmə çəkilib. Həm teatr (opera üçün) həm də kinoda bir çox rollara dəvət alan Qədir Rüstəmov bütün rejissorlara “yox”x9d deyib. Xanəndənin fərqli xarakteri hamıya məlum olduğundan bu səbəbdən israrlı da olmayıblar. Amma onun da saqqızını oğurlayan tapılıb.xa0

Xalq yazıçısı, AYB-nin sədri Anar böyük azərbaycanlı, bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan “Üzeyir ömrü”x9d filmini çəkən zaman Qədir Rüstəmov üçün də rol ayırır. O, daha bir böyük səs sahibi Cabbar Qaryağdıoğlunuxa0 canlandırmalı idi.xa0

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını arxiv sənədləri və konkret faktlar əsasında təsvir edən filmdə, o dövrünxa0 bir çoxxa0 tanınmış şəxslərini də görürük. Buradaxa0 Həsən bəy Zərdabi (aktyor Əli Zeynalov), Xurşudbanu Natəvan (Nəcibə Məlikova), Əbdürrəhim bəy Haqverdiyev (Rüstəm Rütəmzadə), Hüseyn Ərəblinski (Mikayıl Rəhimov) və başqa tarixi şəxsiyyətlər aktyorların ifasında tamaşaçılara təqdim olunur.xa0xa0

Filmdə aktyorların canlandırdığı tarixi qəhrəmanların hamısı Üzeyir Hacıbəylinin ömür səhifələrində yer alan insanlar olub. Rejissor Anar da təbiiliyi qorumaq üçün bəzi tarixi obrazların peşəsinə uyğun şəxsləri filmə cəlb etmək istəyir. Məsələn, filmdə tarzən Qurban Pirimovu tarzən Ramiz Quliyev canlandırıb.xa0xa0

Filmdə məşhur xanəndə Cabbar Qaryağıoğlunun obrazı yaradılmalı imiş. Başda Anar olmaqla, bütün yaradıcı heyət bu rol üçün Qədir Rüstəmovu uyğun görür. Çünki həm fiziki quruluşu, həm də səs tembri nisbətən Cabbar əmiyə oxşayırmış.
Anar Qədir Rüstəmovu çox böyük çətinliklə razı salır.xa0
Çəkiliş zamanı heyət üzvindən biri zarafatyana rejissora deyir ki, “Qədiri necə tuta bildin?”x9d. Bunu o mənada deyir ki, yəni, Qədir Rüstəmovu necə razılığa gətirə bildin. Amma onun ərkyana dediyi söz Qədir Rüstəmovun xoşuna gəlmir. Acıq eləyib çəkiliş meydançasını tərk edir. Sonra birtəhər yenidən onu yola gətirib çəkilişə davam edirlər.xa0xa0

Ömrünün son illərində telekanalların birində barəsində hazırlanan proqramda mərhum Qədir Rüstəmovun özü də bu məqama toxunub: “Gəlib Anara dedilər ki, “Qədiri necə tutdun?”x9d. Mənim xoşum gəlımədi. Biz görmüşük ki, ova gedəndə ovu tutarlar da. Adam tülkü zad deyil ki, onu tutsunlar. Heç xoşum gəlmədi o sözdən. Heç adamı da tutarlar? Amma sonra barışdım.
Ondan sonra başqa filmlərə də dəvət etdilər, amma getmədim”x9d.

Elmin Nuri

Image

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin