Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq mərhələsi keçirilib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Film Fondunda baş tutub.
Şəfaflığın qorunması məqsədi ilə Pitçinq Dövlət Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.
Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.
Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə aşağıdakı 11 layihə qalib seçilib:
BƏDİİ FİLMLƏR
Təqdim edən şirkət - Layihənin adı
1. “İnteraz Media and Broadcasting” MMC, “Tanrının nəbzi”
2. “Mozalan” studiyası MMC, “İkinci planetin qırmızı rəngi”
3. “Karvan production” MMC, “Arxa cəbhə”
4. “Debüt” studiyası, “İki gün”
5. “Ultra Production” MMC, “Hasar”
SƏNƏDLİ FİLMLƏR
Təqdim edən şirkət - Layihənin adı
1. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Fulya”
2. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Müharibənin uşaqları”
3. “Balans” MMC, “Çin olan gizlinlər”
4. “Debüt” studiyası, “Evimin səsi”
ANİMASİYA FİLMLƏRİ
Təqdim edən şirkət - Layihənin adı
1. “Birlik kinostudiyası” MMC, “Qarabağ nağılı”
2. “OB Film” MMC, “Tarix”
Qeyd edək ki, müsabiqənin Pitçinq prosesini aşağıdakı linkdən izləmək olar:
Bizim.Media