III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO 

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO 

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO Azərbaycan Yazıçılar Birliyində “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı” nın keçirilməsinə dəstək verən qurum və təşkilatları təmsil edən nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

195837

Azərbaycan Yazıçılar Birliyində “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nın keçirilməsinə dəstək verən qurum və təşkilatları təmsil edən nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mükafat Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təsis edilib.

Mükafatlandırma mərasimində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar çıxış edərək Bakıda keçirilən “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nın Türk dünyası və Azərbaycan üçün çox vacib olduğunu bildirib.

AYB sədri çıxışı zamanı festivalın təşkil olunmasında əməyi keçən bütün iştirakçılara təşəkkürünü bildirib.


AYB sədri Anar tərəfindən ilk mükafat “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə təqdim olunub. O, TÜRKSOY-un “Nizami” medalına layiq görülüb.

AYB sədri tərcüməçi, yazar Sevil Gültənə isə TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif” mükafatını təqdim edib.

Daha sonra festivalın təşkilində fəal iştirak edən “ASAN Könüllüləri” Təşkilatına, “Qlobal Təhlükəsizlik” şirkətinə, ”Mədəniyyət” televiziyasına və ayrı-ayrı şəxslərə mükafatlar təqdim edilib.

Mükafatla təltif olunanlar sırasında “Bizim.Media” xəbər portalı və onun əməkdaşları da yer alıb.


Tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) şair Mikayıl Müşfiqin doğum günü ilə bağlı rəssam Tünzalə Ağayevaya “Mikayıl Müşfiq” mükafatını təqdim edib.

Xatırladaq ki, III Türk Dünyası Ədəbiyyat və Kitab festivalı 24-31 may tarixlərində keçirilib. Səkkiz gün davam edən festivalın hər günü bir türk dövləti - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kiprə həsr olunub.

Kitab sevərlərin böyük maraqla qarşıladığı festival şair və yazıçıların imza günləri, yubiley tədbirləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyi, türkdilli ölkələrin tanınmış ədiblərinin yubiley mərasimləri, film təqdimatları, konsert proqramları ilə yadda qalıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Müəllifləri Birliyi (BTMB), Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalı olub.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin