Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında psixoloji əsərlər müəllifi Rübabə Əsgərovanın kitabının təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, o, şüuraltı simvol dili metodikasının təlimçi və tətbiqedicisidir.
MÖVZU İLƏ BAĞLI:
Türk Dünyası Festivalında araşdırmaçı Vüqar Dadaşovun kitabları nümayiş olunub – FOTO
Onun insan psixologiyası və şəxsi inkişafa yönəlik "Şüuraltının sirri" kitabı oxucuların marağına səbəb olub.
Müəllif kitabda ruhun enerjisindən geniş bəhs edib.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-də öz işinə yekun vuracaq.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media