İlk əsəri "Şuşa" qəzetində dərc olunan Fazilə Qafarqızının İMZA günü KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: İlk əsəri "Şuşa" qəzetində dərc olunan Fazilə Qafarqızının İMZA günü KEÇİRİLDİ – FOTO

194837

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günündə Bizim.Media-nın masasında yazıçı Fazilə Qafarqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, onun "Gül kimi təmiz", "Könlüm harayı", "Təmiz ad" və digər kitabları oxucuların marağına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Türkmənistana HƏSR olunub – FOTO


Bir neçə povest, roman, hekayə, miniatür müəllifi olan yazar əsərlərində əsasən məhəbbət mövzusuna toxunub.

Əslən Şuşadan olan Fazilə Qafarqızının 9 kitabı çap olunub. O, elə yaradıcılığa da Şuşada orta məktəbdə oxuduğu vaxt başlayıb. İlk əsəri "Şuşa" qəzetində dərc olunub. Müəllif 30 ildən çox vaxt keçməsinə baxmayaraq həmin qəzeti saxladığını bildirib.

Yazıçı Böyük Qayıdış çərçivəsində Şuşaya köçəcəyi günü səbirsizliklə gözlədiyini deyib. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin