Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına türkiyəli yazıçı və şairlər qatılıb.
Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında türkiyəli yazar Bolat Ünsalin imza günü keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Yazar Mehmet Nuri Barmaqsız: “Azərbaycan və türk ədəbiyyatına maraq var” - FOTO
Müəllifin müxtəlif vaxtlarda çap olunan "Hüzün Burcu", "Falezlerdeki Çığlık", "Güneşe Kar Düştü", "Cennetimdeki Yasak", "Kemer Şiirleri" kitabları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, yazarın hekayələr, köşə yazıları, aforizmlərdən ibarət bir neçə kitabı da var.
Müəllifin "Heybeden Hikayeler" (Öykü) kitabı azərbaycancaya tərcümə olunub. Festivalda kitabın təqdimatı keçirilib. Kitabın redaktoru yazar Səhər Əhməddir.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media