Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına Türkiyədən yazıçı və şairlər qatılıb.
Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında türkiyəli yazar cütlük Hatice Değirmençi və Hakan Dilqənin kitablarının təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, onların kitabları böyük maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Şuşanın azad olunmasına həsr olunan kitabın təqdimatı KEÇİRİLDİ - FOTO
Hatice Değirmençi əsasən şeir yazdığını bildirib. O, Türkiyə mətbuatında şeir və köşələri ilə çıxış edir.
Həyat yoldaşı yazar Hakan Dilqən isə həm şeir, həm də roman və hekayələr yazır. Onun 3 roman, 1 şeir kitabı var. Yazarın uşaqlar üçün yazdığı hekayələr kitabı da çap olunub.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media