Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair, publisist Əzizə Ağahüseynqızının imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazar 6 kitab müəllifidir. Oxucular yazarın kitabları ilə tanış olublar.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı İlhamə Kədərin imza günü keçirildi - FOTO
Əzizə Ağahüseynqızı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Onun sonuncu, sayca 6-cı kitabı Azərbaycanın 44 günlük müharibəsi və şanlı qələbəsinə həsr olunub. "Salam Şuşam" adlı kitabı böyük maraqla qarşılanıb.
Şairə "Qızıl qələm" media və Prezident mükafatına layiq görülüb.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Festival mayın 31-dək davam edəcək.
Bizim.Media