Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyaz Məmmədova çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətkar tədbirdə vətənpərvərlik ruhunda mahnılar ifa edib.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 5-ci gününə YEKUN VURDU – FOTO
Gülyaz Məmmədovanın repertuarında “Türkün səsi”, “Məndən xoşbəxt”, “Tut yetişəndə”, “Sürməli qız” və digər mahnıları səsləndirilib.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media