Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media.nın masasında yazar Günel Natiqin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında balaca uşaqlar - FOTO
Yazıçı, esseist, jurnalist Günel Natiq Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü və Prezident təqaüdçüsüdür (2019).
Oxucular yazarın "Kişilərə dur deyin", "Leyli-Məcnundan da böyük" kitabları ilə tanış olublar.
Yazar saytımıza açıqlamasında festivalın Türk dünyası üçün böyük əhəmiyyətini vurğulayıb.
Yazarın "Kişilərə dur deyin" romanı kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir.
O, detektiv janrda yazdığını, bundan əlavə, kitablarında feminizm mövzusuna toxunduğunu deyib.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media