Xəbər verdiyimiz kimi, Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü gününə start verilib. Festivalın bu günü Macarıstana həsr olunub.
Bizim.Media-ın əməkdaşı festivala gələn yaşlılarla yanaşı balaca uşaqların və məktəblilərin də fotolarını lentə alıb.
MÖVZU İLƏ BAĞLI:
Şair İqbal Nəhmətin imza günü keçirildi - FOTO
Həmin maraqlı anları sizə təqdim edirik.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media