Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şairə Səringül Sadənin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairənin kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün Macarıstana həsr olunub - FOTO
Oxucular Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü olan şairənin "Könlümün Barı", "Könül Körpüsü", "Bayatı Çələngi" kitabları ilə tanış olublar.
Şairə saytımıza açıqlamasında festivalın Türk dünyası üçün böyük əhəmiyyətini vurğulayıb.
O, kitablarında vətən, məhəbbət, təbiət mövzusuna toxunduğunu deyib.
Şairə qeyd edib ki, yaradıcılığının 57 ilini qürbətdə yaşayıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media