III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının İKİNCİ GÜNÜ - FOTO

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının İKİNCİ GÜNÜ - FOTO

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü öz işinə başlayıb. Özbəkistanın dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi anılıb. Festivalın hər günü bir ölkəyə həsr olunacaq və çeşitli təşkilatlar festivalın təşkilatında fəal iştirak edir.

193957

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, festivalın bu günü Özbəkistana həsr olunub.
 

MÖVZU İLƏ BAĞLI:

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündən YADDA QALANLAR – FOTOREPORTAJ 


Özbəkistanın dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi anılıb. Özbəkistanla Azərbaycan arasındakı qədim əlaqələrdən bəhs olunub.

Çıxış edənlər hər iki ölkənin ədəbi və elmi əlaqələrindən söz açıblar.

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin