Sabah Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı BAŞLAYIR

Hazırda oxunan: Sabah Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı BAŞLAYIR

Sabah Bizim.Media-nın informasiya dəstəyi ilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Bakıda start alır. Festival türksoylu ölkələrin qələm adamlarını bir araya gətirəcək, şeir saatları, kitab təqdimatları, konsertlər və sərgilər təşkil ediləcək.

193694

Sabah Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə 24-31 may tarixlərində Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına start verilir.

Bizim.Media xəbər verir ki, festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və başqa təşkilatların dəstəyi ilə gerçəkləşəcək.

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Layihə rəhbəri, BTMB-nin sədri Xəyal Rza bildirib ki, türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Festivalda eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.

Festivalın açılış mərasimi mayın 24-də saat 11-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin