Türk məşhurların qəribə vərdişləri- gündə 80 fincan çay, qurbağalar üçün xüsusi otaq...

Hazırda oxunan: Türk məşhurların qəribə vərdişləri- gündə 80 fincan çay, qurbağalar üçün xüsusi otaq...

190492



Türkiyənin Azərbaycana qardaşlığını əks etdirən detallardan biri də, cəmiyyətimizin oradakı mədəni, ictimai həyatla dərindən maraqlanması, televiziya və yerli seriyalları maraqla izləməsidir. Bu səbəbdən də Türkiyənin məşhur kino, musiqi və televiziya xadimlərinin həyatı hər zaman bizimkilər üçün də maraqlı olub.xa0

Moderator.az bu yazıda türk məşhurların bir-birindən qəribə olan vərdişlərini təqdim edəcək:

Hülya Avşar- Dəqiqliyi, punktuallığı ilə seçilir. Buna əməl etmək üçün isə qəribə vərdişə yiyələnib: hər xa0dəfə xa0gecikməmək xatirinə saatı 5-10 dəqiqə irəli çəkir. Bu hal artıq xanım müğənni-aktrisada adət halını alıb;

Necati Şaşmaz- ictimaiyyətin daha çox Polad Ələmdar kimi tanıdığı aktyor çayxorluğu ilə seçilir. Bəzən, gün ərzində 80 fincan çay içdiyi vaxtlar da olub. Çaya olan sevgi Necati Şaşmazda artıq asılılıq halına çevrilib;

Kadir İnanır- Türk kinosunun əfsanələrindən olan Kadir İnanır isə, qurbağalara olan xüsusi sevgisi ilə seçilir. O, hətta otaqlarından birini tamamilə qurbağa maketlərinə həsr edib;

Bülənt Ərsoy- başdan-başa müəmma olan müğənni cüt rəqəmlərə nifrət edir. Evinin, maşının bütün nömrələrinin hamısı təkrəqəmlidir;

Sezen Aksu- əfsanəvi müğənninin də qəribə vərdişi var. O, qonaq getdiyi hər yerdə özü ilə bərabər, kabab bişirmək üçün şiş də götürür. Qidasına və gigiyenik qaydalara xüsusi diqqət edir;

Acun Ilıcalı- PES oyunlarına xüsusi marağı ilə seçilir. Bu, artıq onda vərdiş halına da çevrilib. Rəqiblərinə qalib gəldikdən sonra foto çəkib sosial şəbəkədə paylaşmağı da ayrıa bir asılılıqdır.

Teoman- məşhur müğənnini uşaqlıqdan qalan bir vərdiş hələ də izləməkdədir. O, bu gün də mütəmadi olaraq, cizgi filmlərinə baxır. Cizgi filmlərdən ibarət disk kolleksiyası var.

Hazırladı: Elminxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin