Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təşrif buyuran bir sıra ölkələrin rəsmliləri ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq məsələləri müzakirə edilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Qonağı salamlayan nazir Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, ölkəmiz Rusiya ilə mədəni əməkdaşlığa xüsusi diqqət yetirir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Forumda iştirakından məmnunluğunu bildirib, müzakirə edilən mövzuların aktuallığına diqqəti çəkib.
Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiyanın iştirakının əhəmiyyəti qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
22:42 / 01.05.2024
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
Hazırda oxunan: Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
Hazırda oxunan: Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
189979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.