“Alovun ahəngi” – Milena Nəbiyevanın yeni sərgisindən FOTOREPORTAJ 

Hazırda oxunan: “Alovun ahəngi” – Milena Nəbiyevanın yeni sərgisindən FOTOREPORTAJ 

189231

Tanınmış rəssam Milena Nəbiyevanın “Alovun ahəngi” adlı rəsm sərgisi keçirilib. 
“Fairmont” hoteldə baş tutan sərgidə ümumilikdə 20 əsər təqdim olunub. Onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir. Lakin onların hər birində alov simvollarına və günəşə xüsusi yer verilib. 

Milena Nəbiyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, əsərlərinin böyük hissəsinin Qarabağa həsr edib:

“İnşallah bir gün Qarabağda da sərgi təşkil etməyi düşünürəm. Bu, mənim 5-ci fərdi sərgimdir. Lakin ümumilikdə ölkə daxilində və xaricində çox sərgilərim olub. 100-dən çox tablolarım var. Rəsmlə uşaqlıqdan məşğul oluram, amma son 9-10 ildir ki, daha fəal və aktivəm”.

Milena Nəbiyevanın sözlərinə görə, sərginin keçiriləcəyi yer də təsadüfi seçilməyib: 

“Alov Qüllələri” müasir Bakının simvolu kimi sadəcə göydələnlər deyil. Onlar şəhərimizin gerbində əbədi həkk olunmuş odla birbaşa bağlı olan eyni alovlardır. Onlar sadəcə olaraq əsərlərimdə olan çox sevdiyim narı əks etdirir. Təkcə o da yox... Azərbaycanın təbiəti xalqımıza səxavət bəxş edib. Məncə, alovun təcəssümlərindən biri də günəşdir ki, onun doğurduğu hər şey öz dadından bir parça daşıyır”.


Qeyd edək ki, Milena Nəbiyeva Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) ixtisaslaşmış qurumunun üzvü, “Həyata ümid” xeyriyyə layihəsinin təsisçisidir. Rəssam 2021-ci ildə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin (KNUSA) məzunudur, 2021-ci ilin yanvarında Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının qızıl medalına layiq görülüb. 

Milena Nəbiyeva “Galeri Artis” (Ankara, 2016), “До-Галерея” (Sankt-Peterburq, 2015) və s. kimi bir çox beynəlxalq sərgilərin iştirakçısıdır. Onun orijinal əsərləri fərdi sərgilərdə təqdim olunub:

Azərbaycan Rəssamlar İttifaqında (2015), Müasir İncəsənət Muzeyində (2016), Muzey Mərkəzində “Kainatın naxışları” (2017), Muzey Mərkəzində “Payızımın çalarları” (2018), QGallery-də “Ruhun naxışları” (2023) kimi fərdi sərgiləri nümayiş olunmuşdur. 


Milena Nəbiyeva Müasir İncəsənət Muzeyində dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məşhur Azərbaycan rəssamlarının iştirakı ilə “Həyata Ümid” (2019) kimi xeyriyyə sərgisinin təşkilatçısıdır. 2020-ci ilin iyun ayında o, “Həyata Ümid” Fondu çərçivəsində virtual xeyriyyə tədbiri - sərgi və satış təşkil edib.





















Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin