Xəbər verildiyi kimi Xalq artisti, rejissor Eldar Quliyev ötən gün dəfn olunub. Kinorejissor və ssenaristin dəfn mərasiminə nə Mədəniyyət naziri, nə də müavinlərinin qatılmaması ictimaiyyətdə ciddi müzakirə yaradıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Bizim.Media-ya bu barədə danışan Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarova məsələyə belə aydınlıq gətirib:
“Bizim nümayəndələr dəfində iştirak edib. Həm Kinomatoqrafiya Şöbəsinin, həm də Bakı şəhəri baş idarəsinin rəhbərliyi səviyyəsində dəfn məqarsimində iştirak olunub. Nümayəndələrimiz Eldar Quliyevin rəhmətə getdiyi gün evinə, dəfn olunduğu gün isə cənazə mərasiminə qatılıblar. Hətta rejissorun məzarlıqda yer ayrılması işində də köməklik göstrəlib”.
Xatırladaq ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib. O, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.
Alçina Amilqızı, Bizim.Media