"Deyiblər ki, gəl, deməli, getməliyəm də..." - Rafiq Hüseynov

Hazırda oxunan: "Deyiblər ki, gəl, deməli, getməliyəm də..." - Rafiq Hüseynov

181863
Bir neçə gün öncə, Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılması və xa0bu səbəbdən təcili olaraq Türkiyəyə yollanacağı barəsində məlumat yayılmışdı. xa0
Uzun müddətdir ki, mütəmadi olaraq tibbi müayinələrdən keçən Rafiq Hüseynovun özü də mətbuata açıqlamasında bunu təsdiqləmişdi:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam”x9d.

Xalq artisti Moderator.az saytına son açıqlamasında vəziyyətin düşünüldüyü qədər də kritik olmadığını bildirib: xa0

“Bəli, yazılanlar doğrudur. Tezliklə, Türkiyəyə gedəcəm. Amma vəziyyət o qədər də kritik deyil. İnşallah, bir neçə günə gedirəm. İnanmıram ki, nəsə ciddi bir şey olsun. Amma deyiblər ki, gəl, deməli, getməliyəm də”¦ Ciddi nəsə olmasa da belə müayinə üçün getməliyəm. Sizin hamınıza da diqqətiniz üçün çox təşəkkür edirəm”x9d.

Xatırldaq ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Bir neçə dəfə əməliyyat olunan diktorun son vaxtlar ayaqlarında da problemlər yaranıb.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin