xa0 xa0
II-III əsrdə əsası qoyulan, Zərdüştilərin tapındığı Atəşgah sonradan İslam dininin yayılması səbəbindən öz əhəmiyyətini itirir. Lakin XVIII əsrdə varlı hindlilər Yerin tərkindən çıxan xa0sirli məkan xa0haqqında eşidir uçulmaqda olan məbədi Bakı memarlarına yenidən inşa etdirirlər. Atəşgah 26 hücrədən ibarətdir. xa0
Moderator.az təqdim edəcəyi yazıda Atə.gahın tarixinə toxunmayacaq. Bu barədə onsuz da çox yazılıb və xa0deyilib. Lakin bu məbəddəki hansı ritualların keçirildiyinə nadir hallarda diqqət edilib. Halbuki, Atəşgahı sirli edən əsas amil də elə budur:
Xatırladaq ki, Atəşgaha gəlmək istəyən zəvvarlar əsasən varlı hindlilər idi. Onların dini dünyagörüşünə əsasən, müqəddəs ocaqda ömrünün son illərini keçirmək və burada ölmək cənnətə düşmək demək idi. Odur ki, varlı hindli əmirlər o dünyaya yolu Suraxanıdan salarmışlar. Əmircan kəndinin də adı elə bu faktla bağlıdır. Uzun yol qət edən varlı əmirlər müqəddəs məbədlərinə getməzdən əvvəl, bu kənddə bir müddət qalar, dincini alıb paklanandan sonra Atəşgaha gedərmişlər. “Əmircan”x9d sözünün “əmir saxlayan”x9d ifadəsindən yaranıb.xa0
Əslində zərdüştlükdə insanın özünə cismani cəza verməsi qadağan edilirdi. Yalnız xeyir əməl və xeyir fikrin təbliğatçısı olan zərdüşt davamçılarından fərqli olaraq hindlilər ruhun istismarına xüsusi önəm veriblər. Hücrələrdəki zərdüşt davamçılarının mumdan hazırlanan fiqurları diqqəti daha çox cəlb edir.xa0
Kiçik və qaranlıq hücrədə ömrünün sonunu ibadətə həsr edən tərki-dünya zahid fiquru sanki qəribə ritualı həyata keçirir. O, qaynar əhəngin üzərində çılpaq şəkildə arxası üstə uzanıb. Qaynar əhəng onun bütün dərisini yandırır. Hind düşüncəsinə görə, bu ritual vasitəsilə insan cismani əzab çəksə də, mənə təmizlənir, günahlardan arınır. Başqa bir hücrədə isə ömrünün sonunda Hindistandan məbədə gələn və burada ölməyi arzulayan zahid fiquru var. Bu zahidin də xa0əsas istəyi günahlardan təmizlənməkdir. Bunun üçün çox az qidadan istifadə etməsinə, xeyli arıqlamasına baxmayaraq, xa0ağırlığı xa030-40 kq olan zənciri boynundan asır və ömrünün sonuna qədər onunla yaşayır. xa0
Növbəti hücrədə isə özünü günahlardan təmizləmək üçün tamam başqa ritualı həyata keçirən Zərdüşt davamçısının fiquru xa0saxlanır. O da daş üzərində uzanıb. Uzun müddət sağ əlini və ayağını hərəkət etdirmir. Bununla da, bədəninin bir tərəfini tamamilə iflic edir.xa0
Bu ritualların sonucunda dünyasını dəyişən, bununla da “arzularına çatan”x9d zahidlər məbədin həyətindəki xüsusi yerdə yandırılırdı. Zərdüştilər dörd müqəddəs ünsür saydıqları torpağı kirlətməmək üçün cəsədi ora gömürdülər. Dağlıq yerlərdə xüsusi daxmalar tikərək cəsədi quşların yeməsi üçün ora qoyarmışlar.xa0
Elmin Nuri





























































































