"Bizdən kino istəyirlər, kino yoxdur. Kino ittifaqının nizamnaməsi var, ona uyğun işlər görüləcək. Yeganə amalımız Azərbaycan kinosunu inkişaf etdirməkdir".
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Rasim Balayev Kinematoqrafçılar İttifaqının SƏDRİ SEÇİLDİ
O, kino ittifaqlarının birləşməsinin məqsədindən danışıb:
"Bir ölkədə iki kino ittifaqının olması çox gülünc idi. Bunun da müxtəlif səbəbləri var idi, bu haqda danışmaq istəmirəm. Bizim ali məqsədimiz Azərbaycan kinosunun bərpası və inkişafıdır. Yaşlı adamıq, kinonun inkişafını görmək istəyirəm".
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media