Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Azərbaycan Kinematoqrafçılar İttifaqı adı altında birləşiblər.
Bizim.Media xəbər verir ki, Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə konfrans iştirakçıları bu adın qalmasına səs veriblər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda kino ittifaqları BİRLƏŞİR – Bu gün sədr SEÇİLƏCƏK - FOTO
Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media