Bu gün Azərbaycanın xalq artisti Fuad Poladovun 69 yaşı tamam olur. 1948-ci ilin bu günündə Bakıda anadan olan aktyor həm teatr, həm də kinoda bir-birindən maraqlı rollar ifa edib. “Afinalı Timon”x9d, “Şah Qacar”x9d, “Fatehlərin divanı”x9d, “Təhminə və Zaur”x9d, “Müsyö İbrahim və Quran çiçəyi”x9d, “İblis”x9d və s. tamaşalarda oynadığı rollar sənət tarixinə həkk olunub.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu Moderator.azxa0vasitəsilə sənət yoldaşını təbrik edib:
"Bir neçə gündür ki, Moderator.az saytında “Fatehlərin divanı”x9d televiziya tamaşası haqqında silsilə yazılar gedir. Bu işin əsas aparıcı qüvvələrindən biri də baş rolun ifaçısı Fuad Poladov olub.
Çox xoşbəxtəm ki 20 il bundan əvvəl yaradıcılıq yolları bizi görüşdürdü. Faud xa0öz oyunu ilə çox gözəl nümunə oldu. Öz peşəsinə sənətinə nə dərəcədə yüksəklərə qalxa bilibsə, xa0o zirvələrin ən ucası “Fatehlərin divanı”x9dndakı Əmir Teymur roludur. Fuad Poladov nəhəng aktyordu. Aktyor dostumu, xətrini çox istədiyim istedadlı insan Fuad Poladova can sağlığı arzu edirəm. Ümid edirəm ki, bizim hələ gələcəkdə çox görüşlərimiz olacaq. Ona can sağlığı arzulayıram".xa0
Elmin Nuri































































































