Kinostudiyada 40 ildən sonra YENİLİK VAR – RƏSMİ

Hazırda oxunan: Kinostudiyada 40 ildən sonra YENİLİK VAR – RƏSMİ

17825

40 ildən sonra "Azərbaycanfilm"in texniki bazası yenilənib.

Bu barədə Bizim.Media-ya açıqlamasında “Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov söyləyib.

O bildirib ki, Almaniyanın “ARRI”, Amerikanın “Matthews Studio Equipment” və İtaliyanın “Manfrotto” şirkətlərindən alınan avadanlıqların texniki gücü ilə paralel olaraq iki tammetrajlı və iki sənədli filmin istehsalını həyata keçirə biləcəyik:

“Missiyamız bu rəqəmi 3-ə çatdırmaqdır. Bunun üçün texnika sifarişlərimiz davam edir. Məlumat üçün qeyd edək ki, hal-hazırda sahib olduğumuz texniki güc post-Sovet məkanında öz unikallığını qoruyur”.

Fariz Əhmədov sərt karantin rejimindən sonra kinostudiyada işlərin tədricən normal vəziyyətə qayıtdığını da əlavə edib.

Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, kinostudiyada da iş müəyyən qaydalara əməl olunmaqla davam edir:

“Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin