Şəhidlərin toyu var, sevən sevdiyinə nişan taxır, üçrəngli... - Şahid olan Peyğəmbərdi!

Hazırda oxunan: Şəhidlərin toyu var, sevən sevdiyinə nişan taxır, üçrəngli... - Şahid olan Peyğəmbərdi!

178054

Adı dilinə gələndə gözlərin yaşaran adamlar vardır.xa0
Qardaş desən, deyil.
Dost desən, deyil.
CAN desən... Odur!xa0
Bütün gözəl sifətləri toplayıb ruhuna ərməğan gəlib.
xa0
Mən uşaqdım, Tanrı canımdan iki parçanı qoparanda. Xarabalıqlar altında boğulurdum. Gələcək yoxdu, ümid yoxdu. Yol uzun, yük ağırdı. Qaranlığın qorxusu vardı ürəyimdə.xa0
İnandığım inandıqlarımı almışdı.
Sonra... Sonra Tanrı doğmalarımın zərrələrini insanlara payladı və birim min oldu. Əllərim yenidən qalxdı Şükür dərgahına.xa0

“ayrı düşmüş dost elindən,
Illər var ki, çarpar sinəm,
Vəfalıdır gəldi-gedən,
Yol ver Türkün bayrağına...”x9d

Döyüş meydanında al-qırmızı bayraqla düşmən üstünə yeriyən bir cəngavər “yol aç”x9d deyə hayqırırdı, sanki!xa0
İlk dəfə belə gördüyüm adamın, əziz olanın günüdü bu gün. Ruhunda, varlığında Savalan boyda zirvə daşıyan, Novruz Novruzlunun. Ailəmizin Novruz abisinin. Azərbaycanın ən gözəl sənətçisinin...
Səhnədədi yenə.xa0
Savalan dağının zirvəsində Azərbaycan bayrağı nazlı-nazlı dalğalanır. Hürrdü, özgürdü.xa0
Novruz abim oxuyur!xa0
Qavalına baş qoyub Dosta salam göndərir, bu dərviş. Xirqəsi Haqdandı.xa0
Novruz abim oxuyur!
Cənnət Qarabağda çoban sürünü örüşə yayıb. Bayatı çəkir:
xa0
“Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu”¦”x9d
xa0
Novruz abim oxuyur!
Alaçıqlar qurulub Turan elində. Türk elləri bir-birinə yaslanıb. Azərbaycanda dillənən sazın sədası Ötükəndə duyulur.xa0
xa0
Novruz abim oxuyur!
Şəhidlərin toyu var. Örpəyi başından düşən, hörüyü topuğuna dəyən türk qızları yar bəyənir. Sevən sevdiyinə nişan taxır, üçrəngli... Şahid olan Peyğəmbərdi!xa0
xa0
Novruz abim oxuyur!
Əhməd Cavad seyrə durub. Qaradəniz çırpınır! Turan ellərinə yollanan salamları fırtınalar aparmır artıq. Türkün bayrağı hər yerdədi. Soyu şen olur, Türk olanın!
xa0
Novruz abim oxuyur!
Qara bəxti oyanan Qarabağımdan Xan əmi səs verir səsinə. Dünya bayraq boydadı! Dünya Novruz abim boydadı, mevlaya dua yüksəlir! xa0
Səni dünyamıza göndərənə şükür, adam! DOST dan gəldiyin vaxta şükür!xa0
Ordubaddan ucalan nurun Qarabağda rövnəqlənməsi, hədiyyəmizin Qələbə olması diləyilə səni məmləkətin könlünə yar eyləyən Yaradana minnət, doğulduğun günə sevgiylə təbriklərimizi qəbul elə!xa0

Nigar İSFƏNDİYAR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin