“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin ilin yekunlarına həsr olunan toplantısı baş tutub - FOTO

Hazırda oxunan: “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin ilin yekunlarına həsr olunan toplantısı baş tutub - FOTO

171310

26 Dekabr 2023-cü il tarixində Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin ilin yekunlarına həsr olunan toplantısı baş tutub. Tədbirdən öncə mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub. Tədbirin açılışında torpaqlarımızın geri alınması uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar təqdim olunub.  

Bizim.Media xəbər verir ki, hesabat tədbirində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, incəsənət nümayəndələri və ictimai xadimlər iştirak ediblər. 

Toplantıda rəsmi nümayəndələrin və incəsənət xadimlərinin çıxışları baş tutub.

Millət vəkili, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Nizami Cəfərov, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan kinorejissoru, ssenari müəllifi Cəmil Quliyev, Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Xalq rəssamı, “Şöhrət” ordenli Ömər Eldarov  və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi İctimai Birliyin fəaliyyətinə göstərdiyi dəstəyə görə təşkilat tərəfindən

“TƏŞƏKKÜRNAMƏ” ilə təltif olunublar. 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar. 

Nazir müavini qeyd edib ki, 2023-cü ilin aprel ayında yaranan “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yarandığı gündən ölkəmizin mötəbər mədəni tədbirlərində fəallıq nümayiş etdirir.

Mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə çox yaxından iştirak edib və onların fəaliyyəti olduqca təqdirəlayiqdir. 

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli bildirib ki, mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə - Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, Muğam Aləmi: 6- cı Beynəlxalq Musiqi və “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində, Özbəkistan və Qazaxıstanın mədəniyyət, Vaqif Poeziya günlərində, həmçinin Füzuli və Laçın şəhəri günlərində iştirak ediblər.

Hazırda çox sayda gənci ətrafında birləşdirən mədəniyyət könüllüləri ölkəmizin mədəni həyatında baş verən bütün tədbirlərə qoşulurlar və mədəniyyətə könül vermək üçün həqiqətən böyük səy göstərirlər. 
Yekunda 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən 10 gənc - Kəmalə Qəhrəmanova, Rahib Allahquliyev, Sürəyya Rzayeva, Şəbnəm Nəbiyeva, İsmayıl Məmmədov, Gülüstan Babayeva, Rəvan Kərimov, Ağahəmid Həmidov, Xeyransa Quliyeva, Əbdülhüseyn Hüseynzadə -  “İlin mədəniyyət könüllüsü” mükafatı ilə təltif olunublar.  

Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 2023-cü ilin aprel ayında yaranıb.

Yarandığı gündən ölkəmizin mötəbər mədəni tədbirlərində fəallıq nümayiş etdirən mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə - Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, Muğam Aləmi: 6-cı Beynəlxalq Musiqi və “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində, Özbəkistan və Qazaxıstanın mədəniyyət, Vaqif Poeziya günlərində, həmçinin Füzuli və Laçın şəhəri günlərində iştirak ediblər. 

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə cari ildə müxtəlif tədbir və layihələr – “Sən də Oxu!” adlı flashmob, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı, “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və müxtəlif ali təhsil müəssisələrində gənclərlə görüşlər təşkil olunub.  

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Ulu Öndərin sevdiyi Azərbaycan mahnıları gənc musiqiçilərin ifasında təqdim edilib. 2023-cü ilin aprel ayında yaranıb.

Yarandığı gündən ölkəmizin mötəbər mədəni tədbirlərində fəallıq nümayiş etdirən mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə - Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, Muğam Aləmi: 6-cı Beynəlxalq Musiqi və “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində, Özbəkistan və Qazaxıstanın mədəniyyət, Vaqif Poeziya günlərində, həmçinin Füzuli və Laçın şəhəri günlərində iştirak ediblər. 

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə cari ildə müxtəlif tədbir və layihələr – “Sən də Oxu!” adlı flashmob, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı, “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və müxtəlif ali təhsil müəssisələrində gənclərlə görüşlər təşkil olunub.  
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Ulu Öndərin sevdiyi Azərbaycan mahnıları gənc musiqiçilərin ifasında təqdim edilib.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin