Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir

Hazırda oxunan: Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir

170035

Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb. 

Bizim.Media xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyidir. 

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edir. 
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin