Tağıyevin oğlunun müəmmalı ölümü - FİLM ÇƏKİLİR - FOTO

Hazırda oxunan: Tağıyevin oğlunun müəmmalı ölümü - FİLM ÇƏKİLİR - FOTO

16605

Azərbaycan Televiziyasının “Qətl planı” layihəsi çərçivəsində məşhur milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlu gənc Məhəmməd Tağının Lənkaranda müəmmalı şəkildə həlak olmasına həsr olunan sənədli  film çəkilib.

Bizim.Media-nın məlumatına görə, 1918-ci ilin mart ayında, Novruz bayramından sonra baş verən bu faciə birbaşa mart soyqırımının başlamasına qığılcım verib.

Məhəmməd Tağının nəşini gətirən və dəfn mərasiminə qatılan milli hərbçilərimizin Bakı kommunası tərəfindən tərksilah edilməsi ilə qanlı olaylar başlanılıb.

Filmdə Məhəmməd Tağının qətlinin müxtəlif tarixi versiyaları araşdırılır, bu işdə maraqlı olan gizli siyasi qüvvələr üzə çıxarılır, hadisənin mümkün səbəbkarları haqqında ehtimallar irəli sürülür.

Qeyd edək ki, sənədli filmin  quruluşçu rejissoru Ramil Ağasıyev, ssenari müəllifi İlqar Fəhmidir.

Rolları Ərtoğrul Kamalov, Xudu Mürsəlov, Ramil Əliyev, Zaur İskəndərov, Beyrək Rüstəmzadə, Aytən Süleymansoy, Camal Əliyev, Zeynalov Elgün, Anar,  Aslan Bayramov, Nicat Əhmədli ifa edir. Filmin quruluşçu operatorları Tariel Hacızadə və Fahir Səmədoğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin